AZEN
Ana SəhifəSAM haqqındaTədbirlərMətbuat otağıNəşrlərKitabxanaVakansiyalar

Elanlar

Təcrübə proqramının yaz sessiyasına (aprel-iyun) sənədlərin qəbulu 12-25 mart tarixinə qədər davam edəcəkdir.
12 mart, 2012

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) xarici və yerli tələbə və magistrantlar üçün 3 ay olmaqla  ildə 4 dəfə təcrübə   keçmək imkanı yaradır. Təcrübə ilə bağlı sənədlərin qəbulu 1 ay əvvəl SAM-ın saytında elan olunur.

Təcrübə proqramı həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir (saat 9:00 – 13:00 və ya 14:00-18:00) və ödənişsizdir. Təcrübə proqramını müvəffəqiyyətlə bitirənlərə SAM-ın sertifikatı təqdim olunur.

İldə 4 dəfə olmaqla ( yaz, yay, payız və qış sessiyaları) keçirilən bu proqram çərçivəsində
aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan yuxarı  (III- IV) kurs tələbələri və  magistrantlar təcrübə proqramına qatılmaq üçün  SAM-a müraciət edə bilərlər:

• Beynəlxalq Münasibətlər
• Siyasətşünaslıq
• Beynəlxalq İqtisadi Münasibətlər
• Sosial Elmlər və Psixologiya
• Beynəlxalq Jurnalistika
• Amerikanşünaslıq
• Regionşünaslıq

Təcrübəçidən - xarici dillərdən ( ingilis, rus, ərəb, fransız, fars) ən azı ikisini bilmək, kompyuter biliklərinə malik olmaq (Microsoft Office proqramları, Internet) və  kollektivlə səmimi ünsiyyət qurmaq tələb olunur.

Təcrübə keçmək üçün müraciət forması:

Yalnız sənədlərin qəbulu elan olunduqdan sonra, təcrübə proqramına qatılmaqda maraqlı olan  namizədlər  saytda yerləşdirilmiş  ərizə formasını doldurmalı, niyyət məktubu yazmalı, Azərbaycan və ya İngilis dilində CV-ni (zəhmət olmasa 3x4 formatlı şəkil əlavə edilsin), xarici dil biliklərini əsaslandıran sənədləri  (arzu olunandır) əlavə etməklə, aşağıda qeyd olunan elektron ünvana göndərməlidir:
info@sam.gov.az

Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız ərizəsi qəbul olunan  şəxslərlə əlaqə saxlanılacaq.

printerçap versiyası









Ünvan:
Azərbaycan, Bakı, AZ 1005, M. İbrahimov küçəsi 8.
T +99412 596 82 39, F +99412 437 34 58, E info@sam.gov.az
SAM
Azərbaycan Respublikasının Prezidenti
yanında Strateji Araşdırmalar Mərkəzi