AZEN
Ana SəhifəSAM haqqındaTədbirlərMətbuat otağıNəşrlərKitabxanaVakansiyalar

Müzakirələr üçün toplantılar

Arxiv
Strateji Araşdırmalar Mərkəzində qapalı ekspert görüşü keçirilmişdir2012-ci ilin aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) "Müasir dünyada münaqişə, həll və barışıq məsələləri” mövzusunda qapalı ekspert görüşü keçirilmişdir.
“Qloballaşma, milli ideya və müasir Azərbaycan” mövzusunda milli müzakirələr keçirilmişdirİyunun 13-də Bakı Biznes Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun birgə təşkilatçılığı ilə “Qloballaşma, milli ideya və müasir Azərbaycan” mövzusunda milli müzakirələr keçirilmişdir.
Müasir regional geosiyasət kontekstində Azərbaycan-Özbəkistan münasibətləri29 oktyabr 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində Azərbaycanda akkreditə olunmuş səfirlər ilə müzakirəli görüşlərin keçirilməsinə dair xüsusi layihə çərçivəsində Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmatulla İrqaşevin iştirakı ilə “Müasir regional geosiyasət kontekstində Azərbaycan-Özbəkistan münasibətləri” mövzusunda tədbir keçirilmişdir.
ATƏT-in Bakı Ofisinin rəhbəri səfir Bilge Cankorelin iştirakı ilə müzakirəli görüşAzərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) xüsusi layihə üzrə Azərbaycanda diplomatik nümayəndəliklərin rəhbərləri ilə müzakirəli görüşləri davam etdirir. Qeyd olunan layihə çərçivəsində 11 iyun 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “Azərbaycanda demokratik dəyərlərin dəstəklənməsində ATƏT-in Bakı ofisinin rolu” mövzusunda müzakirəli görüş təşkil edilmişdir.
NATO-nun yeni Strateji Konsepsiyasına Rumıniyanın baxışıAzərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində 9 aprel 2010-cu il tarixində xüsusi layihə üzrə Azərbaycanda diplomatik nümayəndəliklərin rəhbərləri ilə müzakirəli görüşlər çərçivəsində Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, NATO-nun Azərbaycanda əlaqələndirici səfirliyinin rəhbəri cənab Nikolae Ureke ilə görüş keçirilmişdir.
Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Per Stankinanın iştirakı ilə müzakirəli görüş11 mart 2010-cu il tarixində Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Per Stankina Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində Azərbaycanda akkreditə edilmiş xarici səfirlərlə müzakirəli görüşlər layihəsi çərçivəsində “Azərbaycan-Almaniya münasibətləri Cənubi Qafqaz kontekstində” mövzusunda çıxış etmişdir.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia ilə müzakirəli görüşAzərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi xüsusi layihə üzrə Azərbaycanda diplomatik nümayəndəliklərin rəhbərləri ilə müzakirəli görüşləri davam etdirir. Qeyd olunan layihə çərçivəsində 18 fevral 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “Azərbaycan-Avropa İttifaqı münasibətləri: əməkdaşlığın perspektivləri” mövzusunda müzakirəli görüş təşkil edilmişdir.
Yaponiya-Azərbaycan əlaqələri müasir regional geosiyasət kontekstində11 dekabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “Müzakirələr üçün toplantılar” layihəsi çərçivəsində “Yaponiya-Azərbaycan əlaqələri müasir regional geosiyasi kontekstində” mövzusunda növbəti tədbir keçirilmişdir. Tədbirdə Yaponiyanın Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Masamitsu Oki məruzəçi qismində çıxış etmişdir.
“Fransa-Azərbaycan əlaqələri müasir regional geosiyasət kontekstində”Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində cari ildən başlanğıcını götürən “Müzakirələr üçün toplantılar” adlı xüsusi layihə çərçivəsində, ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə müzakirəli görüşlərə həsr olunan tədbirlərin keçirilməsi davam edir.
Böyük Britaniya – Azərbaycan əlaqələri müasir regional geosiyasət kontekstində18 sentyabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “müzakirələr üçün toplantılar” layihəsi çərçivəsində “Böyük Britaniya – Azərbaycan əlaqələri müasir regional geosiyasət kontekstində” tədbir keçirilmiş və burada Böyük Britaniyanın Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Karolin Braun məruzəçi qismində çıxış etmişdir.
Çin-Azərbaycan əlaqələri müasir regional geosiyasi kontekstində4 sentyabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “müzakirələr üçün toplantılar” layihəsi çərçivəsində “Çin-Azərbaycan əlaqələri müasir regional geosiyasi kontekstində” tədbir keçirilmiş və burada Çin Xalq Respublikasının Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Çjan Yannyan məruzəçi qismində çıxış etmişdir.
İsrail-Azərbaycan əlaqələri müasir regional geosiyasət kontekstində19 iyun 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “Müzakirələr üçün toplantılar” layihəsi çərçivəsində “İsrail-Azərbaycan əlaqələri müasir regional geosiyasət kontekstində” mövzusunda üçüncü görüş keçirilmişdir. Tədbirə İsrailin Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Artur Lenk dəvət edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru, siyasi elmlər doktoru Elxan Nuriyev tədbiri giriş sözü ilə açaraq, İsrailin Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Artur Lenki iştirakçılar adından salamlamış, Mərkəzin dəvətini qəbul edib gəldiyi üçün təşəkkürünü bildirmiş, onun əsas məruzəçi kimi çıxış edəcəyini qeyd etmişdir.Elxan Nuriyev giriş sözündə tədbir iştirakçılarını İsrail-Azərbaycan münasibətlərinin tarixi, başlıca iqtiqamətləri, hazırkı durumu və perspekrivlərinə dair ümumi məlumatla tanış etmişdir.
Türkiyə-Azərbaycan əlaqələri müasir regional geosiyasət kontekstində12 iyun 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “Müzakirələr üçün toplantılar” layihəsi çərçivəsində “Türkiyə-Azərbaycan əlaqələri müasir regional geosiyasət kontekstində” mövzusunda ikinci tədbir keçirilmiş və tədbirə Türkiyənin Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç dəvət edilmişdir. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru, siyasi elmlər doktoru Elxan Nuriyev SAM-ın yeni layihəsi çərçivəsində keçirilən silsilə tədbirlər sırasında ikinci olan bu görüşdə Türkiyə səfirinə dəvəti qəbul edib gəldiyinə görə öz təşəkkürünü bildirdi.Elxan Nuriyev qeyd etdi ki, Azərbaycanla onun tarixi strateji müttəfiqi olan Türkiyə arasında münasibətlər yüksək səviyyədə inkişaf edir, bu əlaqələr getdikcə daha da intensiv şəkil alır. Əlverişli strateji mövqeyə, zəngin enerji resurslarına, eləcə də digər sahələrdə əməkdaşlığın tarixən formalaşan böyük potensialına malik olmaq, Azərbaycan-Türkiyə münasibətlərinin dünyanın ən böyük dövlətləri üçün önəmini dəfələrlə artırır. Təbii ki, hər iki dövlət bütün bunlardan faydalanaraq istər region, istərsə də dünya dövlətləri ilə maraqlarının tam qorunması əsasında əməkdaşlıq qurmağa imkan verən və onu inkişaf etdirmək üçün ümumi strategiyaya əsaslanan siyasət həyata keçirməlidir. Belə müzakirələrin məqsədlərindən biri də qarşlıqlı əməkdaşlığın başlıca strateji istiqamətlərinə dair etibarlı mənbələrdən aydın məlumatlar əldə etməkdir.
Azərbaycan Rusiya əlaqələri müasir regional geosiyasət kontekstində5 iyun 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “Müzakirələr üçün toplantılar” adlı xüsusi layihə çərçivəsində ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə müzakirəli görüşlərə həsr olunan tədbirlərə start verildi. İlk müzakirə «Müasir regional geosiyasət kontekstində Azərbaycan Rusiya münasibətləri»nə həsr edilmişdir. Tədbirin ilk qonağı Rusiyanın Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin olmuşdur.








Ünvan:
Azərbaycan, Bakı, AZ 1005, M. İbrahimov küçəsi 8.
T +99412 596 82 39, F +99412 437 34 58, E info@sam.gov.az
SAM
Azərbaycan Respublikasının Prezidenti
yanında Strateji Araşdırmalar Mərkəzi