AZEN
Ana SəhifəSAM haqqındaTədbirlərMətbuat otağıNəşrlərKitabxanaVakansiyalar

Dəyirmi masalar

Arxiv
Qlen Hovard: “Azərbaycan Qafqazın ən əhəmiyyətli ölkəsidir”2012-ci ilin aprel ayının 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “Beyin mərkəzləri: İnkişaf naminə əməkdaşlıq” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
“Vətəndaş cəmiyyəti: reallıqlar və perspektivlər” mövzusunda müzakirələr olmuşdur2012-ci ilin aprel ayının 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Vətəndaş cəmiyyəti: reallıqlar və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyi müzakirə edilmişdir2012-ci ilin mart ayının 15-də Strateji Araşdırmalar Mərkəzində “Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyi” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi Masada Türkiyənin aparıcı universitetlərinin müəllimləri və qəzetlərinin jurnalistləri iştirak etmişlər.
“Dünya enerji sisteminə baxış 2011” adlı hesabatın təqdimatı keçirilib2 dekabr 2011-ci il tarixində Strateji Araşdırmalar Mərkəzində Beynəlxalq Enerji Agentliyinin hazırladığı “Dünya enerji sisteminə baxış 2011” (World Energy Outlook 2011) adlı xüsusi hesabatın təqdimatı keçirilmişdir.
Qara dəniz regionunda enerji əməkdaşlığı və ətraf mühitin mühafizəsi29 noyabr 2011-ci ildə Strateji Araşdırmalar Mərkəzi(SAM) və Qara Dəniz Beynəlxalq Araşdırmalar Mərkəzinin(İCBSS) birgə təşkilatçılığı ilə Yunanıstanın paytaxtı Afinada “Yunanıstan-Azərbaycan Yaşıl Enerji Forumu” çərçivəsində “Enerji sahəsində əməkdaşlıq və Qara Dəniz hövzəsində ətraf mühitin qorunması“adlı dəyirmi masa təşkil olunmuşdur.
SAM-da “Azərbaycanın gələcək durumu indeksi (AZ-SOFI-2011)” üzrə tədqiqatın təqdimat mərasimi keçirildi2011-ci il 25 noyabr tarixində Strateji Araşdırmalar Mərkəzində (SAM) Azərbaycan Futuroloqlar Cəmiyyəti tərəfindən “Minilliyin Layihəsi” ilə birgə SAM, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və AMEA-nın dəstəyi ilə ilk dəfə hazırlanmış “Azərbaycanın gələcək durumu indeksi (AZ-SOFI-2011)” üzrə tədqiqatın təqdimat mərasimi keçirilib.
SAM və Argentina Beynəlxalq Əlaqələr Şurası(CARİ) arasında əməkdaşlığa dair Memorandum imzalanıbStrateji Araşdırmalar Mərkəzinin(SAM) direktor müavini Gülşən Paşayevanın Argentinaya səfəri çərçivəsində Buenos-Ayresdə Latın Amerikasının aparıcı beyin mərkəzlərindən biri olan Argentina Beynəlxalq Əlaqələr Şurası(CARİ) və SAM arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
İtaliyanın Beynəlxalq Siyasi Elmlər İnstitutu ilə SAM arasında Anlaşma Memorandumu imzalanmışdırAzərbaycan Respublikasının Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva noyabrın 7-dən 12-dək İtaliyada səfərdə olmuşdur.
SAM-da “Zaqafqaziya uğrunda mübarizə 1917-1921” kitabının təqdimat mərasimi keçirilmişdir10 noyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində Amerikada yaşayan azərbaycanlı alim və ictimai xadim ...
İqlim dəyişikliyi və Geniş Qara Dəniz regionunda bərpa olunan enerji mənbələri8 iyul 2011-ci il tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Qara Dəniz Beynəlxalq Araşdırmalar Mərkəzi (Yunanıstan) “Yunanıstan-Azərbaycan Yaşıl Enerji Oxu” Forumu çərçivəsində “İqlim dəyişikliyi və Geniş Qara Dəniz regionunda bərpa olunan enerji mənbələri” adlı dəyirmi masa keçirmişdir.
Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid4 iyul 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid” mövzusunda dəyirmi masa keçirilmişdir.
“Barak Obama Administrasiyası və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” mövzusunda dəyirmi masa29 aprel 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində Azərbaycanın tarixi, milli identikliyin inkişafı ilə bağlı bir çox əsərin müəllifi, İsrailin Hayfa Universitetinin professoru Brenda Şafer və Corc Vaşinqton Universitetinin Rusiya-Avrasiya Departamentinin rəhbəri, professor Kori Veltin iştirakı ilə “Barak Obama Administrasiyası və Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi” mövzusunda dəyirmi masa keçirilmişdir.
“Yaxın Şərqdə dəyişən güc balansı” mövzusunda dəyirmi masa15 aprel 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) STRATFOR Özəl Elmi Korporasiyasının yaradıcısı, icraçı direktoru və baş analitiki Corc Fridman və “Rusiya Qlobal Siyasətdə” jurnalının baş redaktoru Fyodor Lukyanovun iştirakı ilə “Yaxın Şərqdə dəyişən güc balansı” mövzusunda dəyirmi masa keçirilmişdir. Görüşdə hökumət rəsmiləri, regional və beynəlxalq məsələlər üzrə ekspertlər, SAM-ın əməkdaşları və müxtəlif universitetlərdən olan müəllim və tələbələr iştirak etmişdir.
Azərbaycanın və Rusiyanın “beyin mərkəzləri” əməkdaşlıq haqqında memorandum imzalamışlar14 mart 2011-ci il tarixində Moskvada Rusiya Strateji Araşdırmalar İnstitutu (RİSİ) və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) arasında Əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Sənədi Azərbaycan Respublikasının Prezidenti yanında SAM-ın direktor müavini Gülşən Paşayeva və RİSİ-nin direktoru Leonid Reşetnikov imzalamışdır.
SAM Türkiyənin aparıcı “beyin mərkəzi” ilə əməkdaşlığa dair memorandum imzaladı7 mart 2011-cu il tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi(SAM) və Türkiyə Respublikası Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzi arasında əməkdaşlığa dair Memorandumun imzalanma mərasimi keçirilmişdir.
“Xəzər enerjisinin Avropa istiqaməti” mövzusunda dəyirmi masa18 noyabr 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində Belçikada yerləşən Transxəzər Siyasi Təşəbbüsü ilə birgə “Xəzər enerjisinin Avropa istiqaməti” mövzusunda növbəti “dəyirmi masa” keçirilmişdir.
Türkiyə-Azərbaycan Münasibətləri: gözləntilər və nəticələri 7 oktyabr 2010-cu il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) növbəti dəyirmi masa “Türkiyə-Azərbaycan Münasibətləri: gözləntilər və nəticələri” mövzusuna həsr edilmişdi. SAM-ın və XİN-in əməkdaşları, Türkiyə üzrə mütəxəssislərin, Türkiyənin Azərbaycandakı səfirliyinin və Azərbaycandakı digər qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə məruzəçi qonaq qismində Ankara Universiteti Beynəlxalq Münasibətlər Fakültəsinin müəllimi və Ankara Universiteti nəznindəki “Avropa Xalqaları Araşdırmalar Mərkəzi”nin direktoru Prof. Dr. Çağrı Ərhan, Kadir Has Universiteti Beynəlxalq Münasibətlər Fakültəsinin dekanı Dos. Dr. Mitat Çelikpala və TOBB Universiteti Beynəlxalq Münasibətlər Fakültəsinin müəlliməsi Dos. Dr. Sinəm Açıkmeşə iştirak etmişdir.
Qlobal sülh ssenarisi: təhlükəsizlik məsələlərində inqilab4 oktyabr 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin “Müzakirəli görüşlər” layihəsi çərçivəsində keçirdiyi növbəti dəyirmi masa “Qlobal sülh ssenarisi: təhlükəsizlik məsələlərində inqilab” mövzusuna həsr edilmişdi.
“Fars körfəzinin sahillərinin təhlükəsizliyi və Azərbaycan: Birləşmiş Ərəb Əmirliklərinin baxışlarında” mövzusunda dəyirmi masa22 sentyabr 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) növbəti dəyirmi masa “Fars körfəzinin sahillərinin təhlükəsizliyi və Azərbaycan: Birləşmiş Ərəb Əmirliklərinin baxışlarında” mövzusuna həsr edilmişdi. SAM-ın və XİN-in məsul əməkdaşlarının, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçilərinin, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin iştirak etdiyi tədbirdə məruzəçi qonaq qismində Yaxın Şərq və Hərbi Təhlükəsizlik məsələləri üzrə İnstitutun (İNEGMA) Tədqiqat və İnkişaf Bölməsinin direktoru Teodor Karasik iştirak etmişdir.
← əvvəlki    1  2  3    növbəti 








Ünvan:
Azərbaycan, Bakı, AZ 1005, M. İbrahimov küçəsi 8.
T +99412 596 82 39, F +99412 437 34 58, E info@sam.gov.az
SAM
Azərbaycan Respublikasının Prezidenti
yanında Strateji Araşdırmalar Mərkəzi