AZEN
Ana SəhifəSAM haqqındaTədbirlərMətbuat otağıNəşrlərKitabxanaVakansiyalar

Press-relizlər

Arxiv
Vüsal Qasımlı Astana İqtisadi Forumunun mükafatını aldıStrateji Araşdırmalar Mərkəzinin (SAM) eksperti, iqtisad üzrə fəlsəfə doktoru Vüsal Qasımlının "Valyutamagedon: beynəlxalq maliyyə arxitekturasının məhək daşı" adlı təhlil yazısı "G-Global platformasının ən yaxşı məqaləsi" nominasiyasında ikinci yerə layiq görülüb.
SAM-da ABŞ-ın Milli Müdafiə Universitetinin Azərbaycana səfər etmiş nümayəndə heyəti ilə görüş keçirilmişdir8 may 2012-ci ildə Strateji Araşdırmalar Mərkəzində ABŞ-ın Milli Müdafiə Universitetinin Azərbaycana səfər etmiş nümayəndə heyəti ilə görüş keçirilmişdir.
SAM eksperti Vaşinqton Universitetində məruzə edibStrateji Araşdırmalar Mərkəzinin baş elmi işçisi Vüsal Qasımlı Vaşinqton Universitetinin (St.Luisdəki) siyasi elmlər professoru İtay Senedin dəvətilə 2012-ci il fevralın 26-29-da ABŞ-da səfərdə olub.
3 mart 2012-ci il, Bakıda İƏT-ə Üzv Dövlətlərin Beyin Mərkəzlərinin Üçüncü Forumunda qəbul edilmiş Bakı Bəyannaməsi2-3 mart, 2012-ci il tarixində, Bakıda İslam Əməkdaşlıq Təşkilatının dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM)...
SAM-ın eksperti Rusiyanın qonşuluq siyasətinə həsr olunacaq konfransda iştirak edəcək16-20 dekabr 2011-ci il tarixində Rusiyanın paytaxtı Moskvada A.M. Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu “Rusiya və onun qonşuları: siyasət, iqtisadiyyat, təhlükəsizlik və humanitar sahədə əməkdaşlıq – bərabərhüquqlu əməkdaşlıq üçün gündəm” adlı beynəlxalq konfrans təşkil edəcək.
Brüsseldə Cənubi Qafqazın müasir geosiyasəti müzakirə olunacaq14 dekabr 2011-ci il tarixində Brüsseldə Avropa Siyasəti Mərkəzinin, Avrasiya Əməkdaşlıq və Robert Bosch Stiftung Fondlarının birgə təşkilatçılığı ilə “Cənubi Qafqazda təsir qazanmaq uğrunda mübarizə: Avropa İttifaqının rolu nədir?” mövzusunda konfrans keçiriləcək.
SAM Polşanın aparıcı beyin mərkəzi ilə əməkdaşlığa dair Memorandum imzalayacaq12-18 dekabr 2011-ci il tarixlərində Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın başçılıq etdiyi nümayəndə heyəti Polşada səfərdə olacaq.
SAM-ın eksperti Gürcüstanda SSRİ-nin süqutuna həsr olunacaq konfransda iştirak edəcək10-12 dekabr 2011-ci il tarixində Tiflisdə İliya Dövlət Universiteti, Gürcüstanın Atlantik Şurası və Avropa Evinin təşkilatçılığı ilə SSRİ-nin süqutunun 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.
Cənubi Qafqaz regionunun ilk beynəlxalq səviyyəli akademik jurnalının təqdimatı keçiriləcəkCari ilin iyulun 15-də Türkiyədə Cənubi Qafqaz regionu ətrafında intellektual müzakirələri təşviq etmək və beynəlxalq arenada bu müzakirələri istiqamətləndirmək məqsədilə, müəllifləri xarici və region dövlətlərinin elm xadimləri və araşdırmaçıları olan “Caucasus International” jurnalının ilk sayı Strateji Araşdırmalar Mərkəzinin(SAM) dəstəyi ilə işıq üzü görmüşdür.
SAM Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin iyirmi illik yekunlarına həsr olunmuş beynəlxalq konfrans keçirəcək7 dekabr 2011-ci il tarixində saat 09.30-da Strateji Araşdırmalar Mərkəzi(SAM) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə “Müstəqilliyin iyirmi illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
SAM-da “Dünya enerji sisteminə baxış 2011” adlı hesabatın təqdimatı keçiriləcək2 dekabr 2011-ci il tarixində saat 16.00-da Strateji Araşdırmalar Mərkəzində Beynəlxalq Enerji Agenliyinin hazırladığı “Dünya enerji sisteminə baxış 2011” (World Energy Outlook 2011) adlı xüsusi hesabatın təqdimatı keçiriləcək. Hesabat Beynəlxalq Enerji Agentliyinin vitse-prezidenti, səfir Riçard Cons tərəfindən təqdim olunacaq.
Konyada Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək1 dekabr 2011-ci il tarixində Strateji Araşdırmalar Mərkəzi və Türkiyə Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə Türkiyənin Konya şəhərinin Selcuk. Universitetində Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.
SAM əməkdaşlığa dair növbəti Memorandumu Yunanıstanda imzalayacaq28 noyabr-1 dekabr 2011-ci il tarixlərində Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın başçılıq etdiyi nümayəndə heyəti Yunanıstanda səfərdə olacaq.
Minilliyin layihəsinin direktoru SAM-da məruzə ilə çıxış edəcək25 noyabr 2011-ci tarixində saat 11.00-da Strateji Araşdırmalar Mərkəzində(SAM) Minilliyin layihəsinin direktoru Cerom Kleyton Qlen SAM-da “Gələcəyin durumu indeksi - Azərbaycan 2011” adlı məruzə ilə çıxış edəcək.
SAM-ın eksperti Macarıstanda Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyinə həsr olunmuş dəyirmi masada iştirak edəcək24-26 noyabr 2011-ci il tarixlərində Budapeştdə(Macarıstan) Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyinə həsr olunmuş dəyirmi masa təşkil olunacaq.
Buenos-Ayresdə SAM və Argentina Beynəlxalq Əlaqələr Şurası(CARİ) arasında əməkdaşlığa dair Memorandum imzalanacaq21-25 noyabr 2011-ci il tarixlərində Strateji Araşdırmalar Mərkəzinin(SAM) direktoru Gülşən Paşayeva Argentinada səfərdə olacaq.
← əvvəlki    1  2  3  4  5  6    növbəti 








Ünvan:
Azərbaycan, Bakı, AZ 1005, M. İbrahimov küçəsi 8.
T +99412 596 82 39, F +99412 437 34 58, E info@sam.gov.az
SAM
Azərbaycan Respublikasının Prezidenti
yanında Strateji Araşdırmalar Mərkəzi