AZEN
Ana SəhifəSAM haqqındaTədbirlərMətbuat otağıNəşrlərKitabxanaVakansiyalar

Kitablar

Arxiv
Rusiya-Azərbaycan münasibətləri 20 il ərzində: tarix və perspektivlərKitab Rusiya Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin birgə səyi ilə ərsəyə gəlmişdir. Bu nəşrdə 1992-ci ildən başlayaraq artıq müstəqilliklərini qazanmış Rusiya və Azərbaycan arasında münasibətlərin inkişafı analiz olunmuşdur.
Cənubi Qafqaz: Ərazi bütövlüyü, geosiyasi mübarizələr və enerjiAzərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü və maddi dəstəyi ilə Türkiyədə “Cənubi Qafqaz: Ərazi Bütövlüyü, geosiyasi mübarizələr və enerji” adlı kitab nəşr olunub.
Gəldim, gördüm... mənimsədimBu kitab Strateji Araşdırmalar Mərkəzinin dəstəyi ilə İctimai və Siyasi Tədqiqatlar İctimai Birliyi tərəfindən nəşr edilib. “Gəldim, gördüm... mənimsədim” adlı kitabda verilmiş fikirlərin böyük əksəriyyəti ermənilərin dilindən və erməni mənbələri əsasında digər bir qismi isə rus, avropalı alimləri tərəfindən səsləndirilib. Kitabdakı materiallar professor Kamran İmanovun “Армянские инородные сказки”(Erməni yabançı nağılları), Bakı, 2008-ci il və professor İsrafil Abbaslının “Азербайджанские истины в армянских литературных источниках”(Erməni ədəbi qaynaqlarında Azərbaycan həqiqətləri), Bakı, 2008-ci il kitablarından götürülüb.
Azərbaycanda Siyasi partiyalar: Seçkidən seçkiyəAzərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yeni nəşri – “Azərbaycanda Siyasi partiyalar: Seçkidən seçkiyə” adlı kitabı işıq üzü görmüşdür. Kitab müstəqillik dövründə ölkədə siyasi partiyaların yaranması, dinamikası, seçki proseslərində iştirakı və real vəziyyəti ilə maraqlanan geniş oxucu auditoriyasına ünvanlanmışdır. Nəşrdə həmçinin partiyaların ideoloji spektri, resursları və seçki taktikası, 2010-cu il parlament seçkiləri öncəsi vəziyyəti və əsas məqsədləri öz əksini tapmışdır.
Second Chance / İkinci şans. Zbiqnev BjezinskiAzərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi Zbiqnev Bjezinskinin “Second Chance” (“İkinci şans”) adlı əsərinin Azərbaycan dilinə tərcümə edib. Məşhur siyasətşünas, ictimai elmlər mütəxəssisi, uzun müddət ABŞ-ın xarici siyasətinin qabaqcıl ideoloqlarından biri olmuş, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin idarə heyətinin üzvü və müşaviri, ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Zbiqnev Bjezinskinin “Second Chance” (“İkinci şans”) adlı əsəri Azərbaycan dilinə tərcümə edilib və kitab şəklində nəşr olunub.
Gələcəyin Durumu 2008Strateji Araşdırmalar Mərkəzi “Gələcəyin Durumu 2008” hesabatını Azərbaycan və rus dillərinə tərcümə edib. Tərcümə Minilliyin layihəsinin Azərbaycan bölməsi – Azərbaycan Futuroloqlar Cəmiyyətinin iştirakı və təşkilati dəstəyi ilə həyata keçirilmişdir. Minilliyin layihəsi, Birləşmiş Millətlər Assosiasiyalarının Dünya Federasiyası “Gələcəyin Durumu 2008” illik silsilənin 12-ci hesabatıdır. Buraya 12 illik tədqiqatlarla birlikdə 2500 yaradıcı insanın fikirləri daxildir. Hesabat qlobal problemlər, imkanlar və strategiyaların daha dərindən anlaşılmasına yol açır.








Ünvan:
Azərbaycan, Bakı, AZ 1005, M. İbrahimov küçəsi 8.
T +99412 596 82 39, F +99412 437 34 58, E info@sam.gov.az
SAM
Azərbaycan Respublikasının Prezidenti
yanında Strateji Araşdırmalar Mərkəzi