İnessa Baban Fransanın Sorbon Universitetinin Geosiyasət məsələləri üzrə doktorantıdır. Bundan başqa Fransanın Milli Müdafiə üzrə ali tədqiqatlar institutunun təqaüdçüsüdür. 2010-cu il mayın 1-dən xanım Baban Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində Qonaq Elmi İşçilərin Mübadiləsi Proqramı çərçivəsində elmi tədqiqatlar aparmağa başlamışdır. O, Azərbaycanın Cənubi Qafqazdaki Geosiyasi oxşarlıqları, Azərbaycanın avro-atlantik energetik təhlükəsizliyində yeri və rolu, Avropa Birliyi və NATO-nun münasibətləri, Xəzər dənizi regionunda rəqiblik və əməkdaşlıq: Azərbaycanın qonşu aktorlarla münasibətləri (Rusiya, İran, Qazaxıstan və Türkmənistan) məsələlərinə dair araşdırmalar aparmışdır.
