Türkiyə-Azərbaycan münasibətlərinin regiona təsiriAzərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti 27-30 iyun 2011-ci il tarixində Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzinin dəvəti ilə Ankaraya (Türkiyə) səfər etmişdir. Səfər 2011-ci ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Türkiyə Respublikası Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzi arasında imzalanmış memoranduma əsasən baş tutmuşdur.
ABŞ-Azərbaycan münasibətləri: Strateji tərəfdaşlığın mövcud durumu9 noyabr 2010-cu il tarixində Vaşinqtonda(ABŞ) Beynəlxalq Sülh naminə Karnegi Fondunda, Ceymstaun Fondu və Mərkəzi Asiya-Qafqaz İnstitutunun birgə təşkilatçılığı ilə “ABŞ-Azərbaycan münasibətləri: Strateji tərəfdaşlığın mövcud durumu” mövzusunda konfrans təşkil olunmuşdur.
Cənubi Qafqazda təhlükəsizliyə maneələr: mövcud reallıqlar və regional inkişafın perspektivləri2009-cu il noyabrın 20-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Böyük Britaniyanın Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutunun (IISS) təşkilatçılığı ilə birgə “Cənubi Qafqazda təhlükəsizliyə maneələr: mövcud reallıqlar və regional inkişafın perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Bu tədbir millət vəkilləri, dövlət rəsmləri, beynəlxalq təşkilatlar və diplomatik korpus nümayəndələri, yerli və beynəlxalq ekspertlər də daxil olmaqla 200-dən artıq iştirakçını bir araya gətirdi. Üç plenar sessiyadan və eləcə də işçi qruplarının müzakirələrindən ibarət olan konfrans yerli və xarici mediada geniş şəkildə işıqlandırıldı.
Azərbaycan və Avropa İttifaqı: strateji tərəfdaşlığın yeni istiqamətləri22 sentyabr 2008-ci il tarixində Berlində “Azərbaycan və Avropa İttifaqı: Strateji tərəfdaşlığın yeni istiqamətləri” mövzusunda təşkil edilmiş konfrans keçirilmişdir. Almaniya tərəfi Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə Almaniya xarici işlər nazirinin xüsusi nümayəndəsi, Almaniya parlamentinin üzvləri, ölkəmiz isə, hökumət nümayəndələri və siyasətşünaslarla təmsil olunmuşdur.
Azərbaycanın tərəqqiyə aparan yolu: iqtisadi, siyasi və xarici siyasət çağırışları20 iyun 2008-ci il tarixində Londonda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Böyük Britaniyanın Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutu, Konfliktlər və Dövlət Quruculuğu üzrə London İnformasiya Şəbəkəsinin birgə təşkilatçılığı ilə “Azərbaycanın tərəqqiyə aparan yolu: iqtisadi, siyasi və xarici siyasət çağırışları” mövzusunda konfrans keçirilmişdir.
Azərbaycan 2008-ci ildə: Modernləşmə yollarında23 may 2008-ci il tarixində Bakıda Böyük Britaniyanın Konfliktlər və Dövlət Quruculuğu üzrə London İnformasiya Şəbəkəsi ilə birgə “Azərbaycan 2008-ci ildə: modernləşmə yollarında” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda dövlət və hökumət rəsmiləri, ölkəmizdə akkreditə olunmuş səfirlər, xarici qonaqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Azərbaycan 2008-ci ildə: inkişafa doğru sıçrayış4 aprel 2008-ci il tarixində SAM Moskvadakı Karnegi mərkəzi ilə birgə “Azərbaycan 2008-ci ildə: İnkişafa doğru sıçrayış” mövzusunda konfrans keçirmişdir. Rusiya, ABŞ və Böyük Britaniyanın tanınmış ekspertlərinin iştirak etdiyi tədbirdə Azərbaycanın siyasi və sosial-iqtisadi inkişafından, geosiyasi vəziyyət və Cənubi Qafqazdakı sabitlik və gərginlik yaradan faktorlar barədə danışılmış, o cümlədən Rusiyanın və ABŞ-ın regional təhlükəsizliyin arxitekturasındakı rolu, region dövlətlərində demokratik proseslərin inkişafı və Azərbaycanla Rusiya arasında əməkdaşlığın perspektivləri ətrafında müzakirələr aparmışlar.