SAM-ın eksperti Rusiyanın qonşuluq siyasətinə həsr olunacaq konfransda iştirak edəcək16-20 dekabr 2011-ci il tarixində Rusiyanın paytaxtı Moskvada A.M. Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu “Rusiya və onun qonşuları: siyasət, iqtisadiyyat, təhlükəsizlik və humanitar sahədə əməkdaşlıq – bərabərhüquqlu əməkdaşlıq üçün gündəm” adlı beynəlxalq konfrans təşkil edəcək.
Brüsseldə Cənubi Qafqazın müasir geosiyasəti müzakirə olunacaq14 dekabr 2011-ci il tarixində Brüsseldə Avropa Siyasəti Mərkəzinin, Avrasiya Əməkdaşlıq və Robert Bosch Stiftung Fondlarının birgə təşkilatçılığı ilə “Cənubi Qafqazda təsir qazanmaq uğrunda mübarizə: Avropa İttifaqının rolu nədir?” mövzusunda konfrans keçiriləcək.
SAM Polşanın aparıcı beyin mərkəzi ilə əməkdaşlığa dair Memorandum imzalayacaq12-18 dekabr 2011-ci il tarixlərində Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın başçılıq etdiyi nümayəndə heyəti Polşada səfərdə olacaq.
SAM-ın eksperti Gürcüstanda SSRİ-nin süqutuna həsr olunacaq konfransda iştirak edəcək10-12 dekabr 2011-ci il tarixində Tiflisdə İliya Dövlət Universiteti, Gürcüstanın Atlantik Şurası və Avropa Evinin təşkilatçılığı ilə SSRİ-nin süqutunun 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.
Cənubi Qafqaz regionunun ilk beynəlxalq səviyyəli akademik jurnalının təqdimatı keçiriləcəkCari ilin iyulun 15-də Türkiyədə Cənubi Qafqaz regionu ətrafında intellektual müzakirələri təşviq etmək və beynəlxalq arenada bu müzakirələri istiqamətləndirmək məqsədilə, müəllifləri xarici və region dövlətlərinin elm xadimləri və araşdırmaçıları olan “Caucasus International” jurnalının ilk sayı Strateji Araşdırmalar Mərkəzinin(SAM) dəstəyi ilə işıq üzü görmüşdür.
SAM Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin iyirmi illik yekunlarına həsr olunmuş beynəlxalq konfrans keçirəcək7 dekabr 2011-ci il tarixində saat 09.30-da Strateji Araşdırmalar Mərkəzi(SAM) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə “Müstəqilliyin iyirmi illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
SAM-da “Dünya enerji sisteminə baxış 2011” adlı hesabatın təqdimatı keçiriləcək2 dekabr 2011-ci il tarixində saat 16.00-da Strateji Araşdırmalar Mərkəzində Beynəlxalq Enerji Agenliyinin hazırladığı “Dünya enerji sisteminə baxış 2011” (World Energy Outlook 2011) adlı xüsusi hesabatın təqdimatı keçiriləcək. Hesabat Beynəlxalq Enerji Agentliyinin vitse-prezidenti, səfir Riçard Cons tərəfindən təqdim olunacaq.
Konyada Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək1 dekabr 2011-ci il tarixində Strateji Araşdırmalar Mərkəzi və Türkiyə Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə Türkiyənin Konya şəhərinin Selcuk. Universitetində Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.
SAM əməkdaşlığa dair növbəti Memorandumu Yunanıstanda imzalayacaq28 noyabr-1 dekabr 2011-ci il tarixlərində Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın başçılıq etdiyi nümayəndə heyəti Yunanıstanda səfərdə olacaq.
Minilliyin layihəsinin direktoru SAM-da məruzə ilə çıxış edəcək25 noyabr 2011-ci tarixində saat 11.00-da Strateji Araşdırmalar Mərkəzində(SAM) Minilliyin layihəsinin direktoru Cerom Kleyton Qlen SAM-da “Gələcəyin durumu indeksi - Azərbaycan 2011” adlı məruzə ilə çıxış edəcək.
SAM-ın eksperti Macarıstanda Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyinə həsr olunmuş dəyirmi masada iştirak edəcək24-26 noyabr 2011-ci il tarixlərində Budapeştdə(Macarıstan) Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyinə həsr olunmuş dəyirmi masa təşkil olunacaq.
Buenos-Ayresdə SAM və Argentina Beynəlxalq Əlaqələr Şurası(CARİ) arasında əməkdaşlığa dair Memorandum imzalanacaq21-25 noyabr 2011-ci il tarixlərində Strateji Araşdırmalar Mərkəzinin(SAM) direktoru Gülşən Paşayeva Argentinada səfərdə olacaq.
SAM-ın yaranmasından 4 il ötdü2007–ci il noyabrın 12-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə əsası qoyulmuş Strateji Araşdırmalar Mərkəzinin yaranmasından 4 il ötdü. Artıq bir neçə ildir ki, fəaliyyət göstərən Strateji Araşdırmalar Mərkəzi(SAM) dövlətin birbaşa dəstəyi və savadlı kadr potensialının səyi nəticəsində Azərbaycanın ən güclü beyin mərkəzinə çevrilə bilmişdir.
Istanbulda “BMT-nin İrana qarşı sanksiyaları və onun regiona təsiri” adlı beynəlxalq seminar keçiriləcək16-18 noyabr 2011-ci il tarixində İstanbulda Böyük Britaniyanın Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutunun təşkilatçılğı ilə “BMT-nin İrana qarşı sanksiyaları və onun regiona təsiri” adlı beynəlxalq seminar keçiriləcək.
Bakıda “Xəzər enerjisinin Avropa perspektivləri” adlı beynəlxalq konfrans keçiriləcək16 noyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM), Fransanın Beynəlxalq Münasibətlər İnstitutu (İFRİ) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) birgə təşkilatçılığı ilə “Xəzər enerjisinin Avropa perspektivləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
İtaliyada SAM və Beynəlxalq Siyasi Tədqiqatlar İnstitutu arasında əməkdaşlığa dair Memorandum imzalanacaq7-13 noyabr 2011-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin(SAM) direktor müavini Gülşən Paşayeva İtaliyada səfərdə olacaq.
Səfər çərçivəsində Milanda Beynəlxalq Siyasi Tədqiqatlar İnstitutu(İSPİ) və SAM arasında əməkdaşlığa dair Memorandumun imzalanması və Cənubi Tirola səfər nəzərdə tutulub.
Amerikada yaşayan azərbaycanlı alim və ictimai xadim Firuz Kazımzadənin “Zaqafqaziya uğrunda mübarizə 1917-1921” adlı kitabının təqdimat mərasimi keçiriləcək10 noyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində Amerikada yaşayan azərbaycanlı alim və ictimai xadim, Yell Universitetinin(ABŞ) professoru Firuz Kazımzadənin 1951-ci ildə çapdan çıxmış və 2010-cu ildə Qafqazın Strateji Tədqiqatları İnstitutu tərəfindən rus dilində nəşr olunmuş “Zaqafqaziya uğrunda mübarizə 1917-1921”(Борьба за Закавказье 1917-1921) adlı kitabının təqdimat mərasimi keçiriləcəkdir.
